Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edib.
“Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”, - deyə o, G20 ölkələrinin səhiyyə və maliyyə nazirləri ilə görüşü zamanı bəyan edib.
Qebreyesusun sözlərinə görə, qlobal birliyin “gücləndirilmiş” ÜST-ə, pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə, həmçinin səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılması ilə daha təsirli idarəetməyə ehtiyacı var.