26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə, cari ilin 23, 24 və 25 iyun tarixlərində “Azercell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.
Bu barədə İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt: 802”
Maarifləndirici mesajların ümumilikdə 5 milyona yaxın abunəçiyə göndərilməsi nəzərdə tutulur.