Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinin ikinci günü başlayıb

Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinin ikinci günü başlayıb

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.

Bu barədə MÜTDA-dan məlumat verilib.

19 iyun tarixində keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.

Qeyd edilib ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.