"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.
"Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.
Yarışın hazırkı lideri olan Ferstappen Suzuka trasındakı qələbəyə baxmayaraq, çempionluğu rəsmiləşdirə bilməyib. Buna Leklerin 2-ci yeri tutması səbəb olub.
Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.