AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.