Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.