Prezident İlham Əliyev İnterpolun baş katibi Ronald Noblu qəbul edib

Prezident İlham Əliyev İnterpolun baş katibi Ronald Noblu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İnterpolun baş katibi Ronald Noblu qəbul edib. Görüşdə İnterpol təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.