Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsveçrənin “Holcim” şirkətinin baş icraçı direktoru Bernard Fontananı qəbul edib.
Görüşdə İsveçrənin “Holcim” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti vurğulanıb, şirkətin yüksək texnologiyalar əsasında fəaliyyət göstərəcək “Qaradağ sement” ASC-də yeni zavodun müasir standartlara uyğun şəkildə inşası qeyd olunub, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.