Prezident İlham Əliyev Sinqapura dövlət səfərinə gəlib

Prezident İlham Əliyev Sinqapura dövlət səfərinə gəlib

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlib. “Çangi” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Sinqapurun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Sonra beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda qısa görüş olub. Prezident İlham Əliyev “Çangi” hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.