Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib. Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib.
Xorvatiyalı qonaq Bakıda keçirilən Krans Montana Forumunun önəmini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.