Prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb
Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurla əməkdaşlığından məmnunluq ifadə edilib. “Şahdəniz” yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmiz ilə bp şirkəti arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildirilib.