Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Moldovanın keçmiş Prezidenti Vladimir Voronini qəbul edib.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.