Prezident İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul edib

Prezident İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə  Rudolf Şuster arasında bundan əvvəlki görüşlər məmnunluqla xatırlanıb, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd olunub, tədbirin ölkələrarası, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Slovakiya Respublikasının keçmiş Prezidenti Rudolf Şuster Bakıda gedən nəhəng quruculuq və abadlıq işlərinin şahidi olduğunu deyib və bunu yüksək qiymətləndirib.