Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma davam etdirilir.