Tovuzda iki qardaş dəm qazından boğularaq ölüb

Tovuzda iki qardaş dəm qazından boğularaq ölüb

Tovuzda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

AZƏRTAC xəbər verir ki, rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.