Azərbaycan kayak və kanoeçiləri Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan kayak və kanoeçiləri Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

10–13 sentyabr tarixlərində Belarusun Minsk şəhərində kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” beynəlxalq yarışı keçiriləcək.

Azərbaycan Su İdmanı Növləri Federasiyasından (ASİNF) AZƏRTAC-a bildirilib ki, Azərbaycan idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər. Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.