Xorxe Qarsiya: İlk Avropa Oyunlarında triatlon yarışlarının keçiriləcəyi arena çox möhtəşəmdir

Xorxe Qarsiya: İlk Avropa Oyunlarında triatlon yarışlarının keçiriləcəyi arena çox möhtəşəmdir

“İlk Avropa Oyunlarında triatlon yarışlarının keçiriləcəyi arena çox möhtəşəmdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndəsi Xorxe Qarsiya deyib.
O bildirib ki, “Bakı-2015”-ə hazırlıqla bağlı test yarışı yüksək səviyyədə keçirildi. Əsas yarışlardan əvvəl bütün məsələləri sınaqdan keçirmək imkanımız oldu. ATB olaraq nəticələrdən məmnunuq. Artıq “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik.
“Bakı-2015” ilk Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. Yarışda 65-i kişi və eyni sayda qadın olmaqla, ümumilikdə 130 idmançı mübarizə aparacaq. Qaliblər birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, “Rio-2016” Olimpiya Oyunlarında iştirak hüququ əldə edəcəklər.