Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

İyulun 15-də Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, biznes-forum Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hər iki ölkədən rəsmilər və müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edirlər.