Əgər siz Adriatik dənizinin sahilində , şəhərin səs-küyündən uzaq bir yerdə istirahət etmək istəyirsinizsə o zaman Monteneqronun Beçiçi şəhərinə üz tuta bilərsiniz.
Beçiçi şəhərinə xoş gəlmisiniz!
Şəhərin füsünkar təbiəti , gözəl çimərliyi və insanların xoş rəftarı sizə xoş xatirələr bəxş edəcək. İstirahət etmək üçün ən ideal şəhərlərdən sayılan Beçiçi , öz çimərliyi ilə bütün Avropada məhşurdur. Şəhər öz çimərliyinin təmizliyi və mənzərəsinə görə 1936- cı ildə Parisdə “ Qran Pri ” mükafatına layiq görülüb.
Beçiçi dincəlmək üçün Monteneqronun ən yaxşı şəhərlərindən biri sayılır. Beçiçi şəhərində bura istirahətə gələn turistlər üçün hər cür şərait yaradılmışdır. Şəhər ərazisində çoxlu restoranlar , kiçik kafelər , iaşə obyektləri mağazalar və otellər hər kəsin istifadəsinə verilir.
Siz Adriatik dənizinin sahilində lüks otellərdə , villarda istirahət edə bilərsiniz. Şəhər ərazisindəki, Splendid Conference & Spa Beach Resort 5 * , Bella Vista 4 * , The Queen of Monteneqro 4 * , Sentido Tara Maqnolia Villas 4* , Dolce Vita 3 * , Alet 2 * kimi otellər , burda istirahət edən hər kəsə yüksək xidmət göstərir. Otellərdə müştərilərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Hər bir kəsin zövqünə uyğun otaqlar , restoran və barlar , spa mərkəzləri , kazino , konfrans otaqları , aqua park və s. fəaliyyət göstərir.
Monteneqronun Beçiçi şəhərində dincəlmək üçün siz “Millennium Tourism & Congress DMC”şirkətinə müraciət edə bilərsiniz.
Ünvan:Nigar Rəfibəyli 12/14 AZ1001 Bakı Azərbaycan
Tel:012497 54 00
Mob: 070 221 90 14