“Wizz Air” şirkətinə xidmətlər endirimlə ediləcək

“Wizz Air” şirkətinə xidmətlər endirimlə ediləcək

“Wizz Air” Macarıstan-Polşa büdcə aviaşirkətinə xidmətlər baza qiymətlərindən 20-30 faiz aşağı tariflə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın “Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov jurnalistlərin suallarını cavablandıraraq deyib.
İlqar Ələkbərov xatırladıb ki, bağlanan saziş 1 aprel 2019-cu ilə qədər qüvvədə olacaq və bu müddət ərzində “Ground Handling Company” şirkəti Budapeşt-Bakı-Budapeşt reysləri həyata keçirən “Wizz Air” şirkətinə yerüstü xidmət - aeroport və aviasiya xidmətləri göstərəcək.
Xatırladaq ki, oktyabrın 28-də Bakıda “Ground Handling Company” və “Wizz Air” arasında reyslərə xidmət üzrə saziş imzalanıb.