Konkret nəticələr əldə etmək istədiyimiz bir sıra istiqamətlər var. Bunlardan biri viza rejiminin sadələşdirilməsidir. Bu istiqamətdə müvafiq hüquqi prosesləri işə salmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, digər istiqamət Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ortaq prioritetlərdir. Bu sahədə qarşılıqlı maraq mövcuddur. Avropa İttifaqı Azərbaycanın təchizat imkanlarında, eyni zamanda, investisiya məkanı kimi potensialında maraqlıdır.
“Şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsi də gündəliyimizdə olan məsələlərdəndir”, - deyə litvalı nazir vurğulayıb.