Rəsmi Bakı işğal olunmuş ərazilərdə seçkiləri pisləyir

Rəsmi Bakı işğal olunmuş ərazilərdə seçkiləri pisləyir
Əli Həsənov: İrəvanın separatçı rejimi təsdiq etmək yönündə atdığı istənilən addım Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir
Rəsmi Bakı dünya birliyini və Minsk qrupunu separatçı rejimin Azərbaycanın işğal olunmuş ərazilərində mayın 23-nə planlaşdırdığı seçkiləri pisləməyə çağırıb. Lider televiziyasının məlumatına görə, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, İrəvanın separatçı rejimi təsdiq etmək yönündə atdığı istənilən addım Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir: “Bütün Dağlıq Qarabağ sakinləri əraziyə qaytarılıb məskunlaşdırılmayana qədər bu tipli seçkilər dayandırılmalıdır”.