Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq.

AZƏRTAC xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin BƏƏ-nin dövlət naziri Lana Zəki Nusseibehin BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürməsi ilə bağlı medianın sualına cavabında əksini tapıb.

O bildirib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

“Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”,- deyə A.Hacızadə vurğulayıb.