Azərbaycanın Türkiyədəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) Bakı vaxtı ilə saat 10-da başlanıb və 19-da başa çatıb. Məntəqədə Türkiyə paytaxtı və ətraf vilayətlərdə müvəqqəti yaşayan və səfirlikdə konsul qeydiyyatına alınmış seçki hüququna malik vətəndaşların yüksək fəallığı müşahidə olunub. 598 seçicidən 488-i (75 faizi) vətəndaşlıq borcunu yerinə yetirib. İstanbuldakı Baş Konsulluqda yaradılmış seçki məntəqəsində də vətəndaşlarımız yüksək fəallıq nümayiş etdiriblər. Konsulluqda müvəqqəti qeydiyyatda olan 542 Azərbaycan vətəndaşından 488-i (88 faizi) səs verib. Seçki məntəqələrində protokollar imzalanaraq, Bakıdakı müvafiq seçki dairəsinə göndərilib.
Səsvermənin gedişini izləyən müşahidəçilər və Türkiyənin mətbuat nümayəndələri referendumun ən yüksək dünya standartları səviyyəsində və şəffaf keçdiyini bildiriblər.