“Bloggerlər jurnalist hesab olunmurlar”. APA-nın məlumatına görə, bunu bloggerlər Adnan Hacızadə və Emin Abdullayevin (Milli) həbsi ilə bağlı suala cavabında Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Dünyada nə qədər kompüterə malik insan varsa, bir o qədər də blogger var. Jurnalist hüquqlarını, jurnalist məsuliyyətini, jurnalist etikasını onlara aid etmək düzgün deyil. Ona görə də, biz bloggerlərin məsələsinə Azərbaycanda jurnalistlərin məsələsi kimi baxmırıq”, - deyə Ə.Həsənov vurğulayıb.