Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə cari il noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.