Qırğızıstanın Kant şəhərində yaşayan azərbaycanlılara bayram sovqatı paylanıb

Qırğızıstanın Kant şəhərində yaşayan azərbaycanlılara bayram sovqatı paylanıb
Türkiyənin Bişkekdəki səfirliyinin, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Qırğızıstandakı türk diasporunun nümayəndələri dünən azərbaycanlıların yığcam yaşadıqları Kant şəhərində soydaşlarımızla görüşüblər.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov AzərTAc-a bildirib ki, görüş azərbaycanlıların Kantdakı məscidində keçirilib. Nümayəndələr soydaşlarımızı və bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dualar oxunub, bayram sovqatı paylanıb.