Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub

Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, ali məktəbin professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Tədbirdə Novruz adət-ənənələri barədə ətraflı məlumat verilib. Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş etdirib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.