Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 nəfər - Əlcəzair vətəndaşı, 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.