Ötən ay 25 aptekdə yoxlama aparılıb

Ötən ay 25 aptekdə yoxlama aparılıb

Ötən ilin dekabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 16-sı isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.