Şirvan kanalından kişi meyiti tapılıb

Şirvan kanalından kişi meyiti tapılıb

Şirvan kanalının İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini Tahir Quluyev olduğu müəyyənləşib.

Ölümün dəqiq səbəbi və hadisənin digər təfərrüatları araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.