Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində müəyyən edilib.