Dekabrın 12-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi anılıb. Bununla əlaqədar olaraq Bakı Ali Neft Məktəbinin bütün auditoriyalarında müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tələbələrə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Ümummilli liderin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirilib.
Həmçinin, BANM-in tələbələrinə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, Onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.