AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşib

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşib

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Vesti.az -ın verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.