Azərbaycana daha 1,2 milyon doza “CoronaVac” vaksini gətirilib

Azərbaycana daha 1,2 milyon doza “CoronaVac” vaksini gətirilib

Yanvar ayında Azərbaycana 1 200 000 doza “CoronaVac” vaksini gətirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, adıçəkilən vaksinlər ölkəyə təsdiq olunan müqaviləyə əsasən gətirilib.