Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsi zərurətindən çıxış edirik.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, o cümlədən regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması bu günün prioritet vəzifələridir. Bu sahələrdə irəliləyişə nail olmaq Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə etməyə imkan verəcək”, - deyə vurğulanıb.