Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.