Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

yeniazerbaycan.com Unikal.org-a istinadən xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.

E.Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.

O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlarda da onun köməkçisi işləyib.