Rusiyanın “Birinci kanal”ının (“Pervıy kanal”) əsas xəbər buraxılışında gözlənilməz hadisə baş verib. Canlı efir zamanı redaktor Marina Ovsyannikova kadra daxil olub. O, aparıcı Yekaterian Andreyevanın arxasında dayanaraq “Müharibəyə Yox!” yazılmış plakatı nümayiş etdirib. Efir rejissorları Ovsyannikovanı kadrdan çıxarmağa çalışıblar.
Redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparılır.