Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.
XXX
Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.