Sabahdan Rusiyadan Azərbaycana uçuşlar bərpa ediləcək

Sabahdan Rusiyadan Azərbaycana uçuşlar bərpa ediləcək

Sabahdan Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” Azərbaycana müntəzəm uçuşları bərpa edəcək.

Bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, fasilədən sonrakı ilk Moskva – Bakı reysi yerli vaxtla saat 00:35 – 04:50 radələrində həyata keçiriləcək.

Xatırladaq ki, “Aeroflot” martın 8-dən etibarən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.