Bakıda güclü külək 35 ağacı sındırıb

Bakıda güclü külək 35 ağacı sındırıb

İndiyə qədər güclü külək nəticəsində paytaxtın müxtəlif rayonlarında 35 ağac sınıb.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Sınan ağaclar əsasən qovaq ağaclarıdır və ağaclar ərazidən təmizlənir. Küləyin budaqlarını sındırdığı ağacların isə budanması təmin olunur.