Tarif Şurası ictimai nəqliyyatda gediş haqqı barədə

Tarif Şurası ictimai nəqliyyatda gediş haqqı barədə

Hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmur.

Bu barədə "APA-Economics"ə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən bəzi sərnişindaşıma şirkətlərinin gediş haqqının qaldırılması üçün Tarif (qiymət) Şurasına müraciət etdiyi ilə bağlı mətbuatda məlumat yayılıb.