Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlər çox təqdirəlayiqdir.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda deyib.
O, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlət tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd edib.
O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirib.