Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.
Bu barədə yeniazerbaycan.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.