Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də xalqın istəyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini qeyd edən millət vəkili bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu.
Mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Ölkədə ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyi itirməkdən, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, xalqın bütün sağlam və vətənpərvər qüvvələrini səfərbərliyə almaqla demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna çıxdı.
Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ölkəmizin çətin sınaqlardan çıxaraq sabitliyə və inkişafa doğru irəliləməsində mühüm dönüş nöqtəsi oldu. Milli qurtuluş ideyası dövlət müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə sıx bağlıdır.