“Qüsursuz gələcək” layihəsinin açılışı olub

“Qüsursuz gələcək” layihəsinin açılışı olub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş “Qüsursuz gələcək” adlı layihənin açılışı olub.
Tədbiri giriş sözü ilə açan YAP GB ofisinin koordinatoru Fərid Nəsibov bu mövzunun gənclər üçün maraqlı olduğunu deyib. Bu nöqteyi-nəzərdən “Qüsursuz gələcək” layihəsinin aktuallığını qeyd edib.
Sonra layihənin rəhbəri Yeganə Qasımova “Qüsursuz gələcək” haqqında məlumat verib.
Tədbirdə layihə iştirakçılarının sualları cavablandırılıb.