Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səttarov Emin Ramin oğlunun və Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.
Şəhidlərin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, Emin Səttarov 25 may 2001-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 10 saylı sanatoriya tipli internat məktəbinə alıb. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olub. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. medalları ilə təltif olunub.
Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, Xocavənd döyüşləri zamanı şəhid olub. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ağacavad Mütəllimzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.