Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Ə.Əlizadə küçəsi 60” ünvanı üzrə Ərazi Partiya Təşkilatlatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin əhəmiyyəti və qarşıda duran əsas vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş təşkil olunub.
Görüş zamanı ölkəmizin siyasi və iqtisadi inkişafının davamlılığının təmin edilməsi, dövlət suverenliyinin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətin birliyinin daha da möhkəmləndirilməsi məsələləri diqqətə çatdırılıb. Bununla yanaşı, dövlətimizin uğurlarının təbliği, informasiya məkanında milli maraqların qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, VIII Qurultayda irəli sürülən məqsədlərin həyata keçirilməsi partiya üzvlərinin fəallığından, məsuliyyətli mövqeyindən və cəmiyyətlə sıx əməkdaşlığından asılıdır. Bu istiqamətdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsinin vacibliyi də bildirilib.