Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Xətai prospekti 79” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi strateji hədəflər və partiyanın qarşısında duran vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.
Müzakirələrdə ölkəmizin tərəqqisinə xidmət edən dövlət siyasətinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai həmrəyliyin möhkəmləndirilməsi və vətəndaşların maarifləndirilməsi məsələləri ön plana çıxarılıb. Həmçinin müasir informasiya mühitində etibarlı məlumatların yayılmasının, milli maraqlara zidd təbliğat cəhdlərinə qarşı düzgün mövqe sərgilənməsinin və gənclərin dövlətçilik ənənələrinə bağlılığının artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər üzrə səmərəli nəticələr əldə etmək üçün partiya üzvləri üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, ictimai fəaliyyətlərini daha da fəallaşdırmalıdırlar.